Şimali Koreya ballistik raketin mühərrikini sınaqdan keçirib

Şimali Koreya ballistik raketin mühərrikini sınaqdan keçirib
Martın 24-də Şimali Koreya qitələrarası ballistik raketin mühərrikini sınaqdan keçirib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı ABŞ ordusundakı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, bu, son bir neçə həftə ərzində keçirilən sayca üçüncü sınaqdır. Martın 19-da rəsmi Pxenyan “Tonçhan-Ri” raket bazasında yeni nəsil raket mühərrikini sınaqdan keçirdiyi bəyan edib. Bundan sonra KXDR lideri Kim Çen In bildirib ki, keçirilən uğurlu sınaqlar ölkənin raket sənayesinin yeni mərhələyə keçdiyini təmin edib. Cənubi Koreya hərbçilərinin məlumatına görə, martın 22-də keçirilən raket sınağı uğursuz nəticələnib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...