Generallar qızıl alverçisi ilə üzləşdi: "300 mini borc alıb, vermişəm"
Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiya tərəfindən Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılıb. Yenə də məhkəmədə jurnalistlərin iştirakına icazə verilməyib. Qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.
Məhkəmədə həbsdə olan general Sübahir Qurbanovun vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər generalın səhhətində problem olduğunu, müalicə və müayinəsinin həyata keçirilməsi üçün şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra prosesdə zərərçəkmiş qızıl alverçisi Rauf Həsənov ifadə verib. R.Həsənov 2010-cu ildə qızıl alveri ilə məşğul olduğunu və MTN əməkdaşları tərəfindən maxirliyə çağırıldığını detib.
O, Fizuli Əliyev və Yasin Məmmədov tərəfindən MTN-ə çağrıldığını, ondan 300 min manat pul tələb edildiyini deyib. Həmçinin bildirib ki, həmin pulu borc olaraq tanışlarından alıb.
İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvləri sahibkarlara psixoloji və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etməkdə ittiham edilirlər.
776 dəfə oxundu