İmişli sakini arvad-uşağını girov götürdü, qayınatasının maşınını güllələdi

İmişli sakini arvad-uşağını girov götürdü,


İmişli rayon sakini Abbasov Əli Vəli oğlu ailə münaqişəsi zəminində ailə üzvlərini girov götürüb. Avropa.info xəbər verir ki, Ə.Abbasov ailə problemlərinin həlli üçün gəlmiş qayınatasına etiraz edib və onun avtomobilinə odlu silahdan atəş açıb. Atəş nəticəsində avtomobilə ciddi ziyan dəyib. Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, Ə.Abbasov ailə üzvlərini iki saata yaxın evdə girov saxlayıb. Hadisə gecə saatlarında olub.

Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Polisin müdaxiləsindən sonra Ə.Abbasov təslim olub. Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...