"Lotu Quli"nin yeznəsinin məhkəməsi qapalı keçirildi- hal şahidi ifadə verdi

"Lotu Quli"nin yeznəsinin məhkəməsi qapalı keçirildi-


"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, V.Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jutnalistlərin iştirakına icazə verilməyib.

Qapalı keçirilən prosesdə bir nəfər hal şahidi ifadə verib. Başqa bir şahid haqda isə məcburi gətirilmə qərarı çıxarırb.

Növbəti məhkəmə prosesi aprelin 19-na təyin edilib.

İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da saxlanılıb.

V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu ddyiləm şəxslərin saxlanılması həmin ərəfəyə təsadüf edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...