Külli miqdarda borcu olan Qax sakini meşədə asılı vəziyyətdə tapılıb

Külli miqdarda borcu olan Qax sakini meşədə asılı vəziyyətdə tapılıb


Qaxda həmyerlilərinə borcu olan 47 yaşlı kişinin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılı vəziyyətdə aşkar olunub.

Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.

Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...