Biləsuvarda həkimin əl-qolunu bağlayıb evini soydular - VİDEO

Biləsuvarda həkimin əl-qolunu bağlayıb evini soydular -

Biləsuvarda naməlum şəxslər həkimin evini qarət ediblər.

“ARB TV” xəbər verir ki, hadisə rayonun Tofiq İsmayılov küçəsində Göyçək İbrahimovaya məxsus fərdi yaşayış evində baş verib. Ev sahibinin sözlərinə görə, axşam saatlarında 2 nəfər maskalı şəxs onun bayıra çıxan azyaşlı nəvələrini tutublar. Daha sonra evə daxil olan maskalılar Göyçək İbrahimova ilə əlbəyaxa olaraq qolları və ayaqlarını kəndirlə bağlayıb evdə axtarış aparıblar.

Zərərçəkən bildirib ki, naməlum şəxslər evdən 2 min manata yaxın nəğd pul və qızıl zinət əşyalarını götürərək oranı tərk ediblər. Hadisədən səhər saatlarında xəbər tutun qonşular ev sahibi və nəvələrinə yardım ediblər.

Məsələ ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, Göyçək İbrahimova Biləsuvar Mərkəzi rayon xəstəxanısının laboratoriya-analiz şöbəsində çalışır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...