Maşallah Əhmədov məhkəmədən vaxt istəyib

Maşallah Əhmədov məhkəmədən vaxt istəyib


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, zərərçəkmiş Y. Əzizovdan M. Əhmədovun daşları qaytaracağı təqdirdə onlar arasında barışığın mümkün olub-olmayacağını soruşub. Y. Əzizov isə buna razı olduğunu, ancaq M. Əhmədovun ona dəymiş maddi ziyanı da ödəməsini istəyib.

Y. Əzizovun vəkili məhkəmədə bildirib ki, mənəvi zərər üçün 50 min manat məbləğində mülki iddia qaldırılıb: "Bundan əlavə 247 min 764 manatlıq da zərər dəyib".

M. Əhmədov daşları qaytarmaq üçün məhkəmədən bir həftə vaxt istəyib: "Yusifin tələb etdiyi digər pul isə böhtandır”.

Məhkəmənin növbəti iclası mayın 17-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...