“Azərbalıq”ın sabiq prezidentinin şikayəti rədd edildi

“Azərbalıq”ın sabiq prezidentinin şikayəti rədd edildi


Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rizvan Səfərov sədrlik edib. Prosesdə qərar elan edilib. Qərara görə, Ənvər Mustafayevin apelyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ənvər Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ənvər Mustafayev məhkəmə zalında həbs edilib. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məlumata görə, Ənvər Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.

İttihama görə, Ənvər Mustafayev türkiyəli iş adamı Araz Ali Zekeriyanı Heydər Əliyev Fondu ilə əlaqələndirəcəyini, Zaqatala və Balakən rayonlarında məktəb binalarının tikintisi layihələrini ona verəcəyini vəd edib. Türkiyəli iş adamı bu işə görə ona 224 min manat verib. Sonradan aldadıldığını başa düşərək pulunu geri tələb edib. Ənvər Mustafayev DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb saxlanılarkən pulun 40 min manatını qaytarıb. Qalan hissəsini də qaytaracağını vəd edib idarədən buraxılsa da pulu qaytarmayıb. İstintaq və məhkəmə dövrü iş adamının pullarını qaytarmaq üçün möhlət istəyib. Verilən bütün möhlətlər başa çatsa da yenə pulu qaytarmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 191 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...