Rəisi otağında döydülər

Rəisi otağında döydülər
Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb.

Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.

Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.

Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...