Əsgərliyi bitirib evə gələndə dəhşətli qəzaya düşdülər: Ölənlər var

Əsgərliyi bitirib evə gələndə dəhşətli qəzaya düşdülər:

Bu gecə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı "SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, 99 AU 738 dövlət qeydiyyat nişanlı "Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış "Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı "Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...