Xalq artistinin evindən seyf oğurlanıb

Xalq artistinin evindən seyf oğurlanıb
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

APA-nın məlumatına görə, hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

Xalq artisti bu barədə polisə məlumat verib. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...