Rusiyada pensiyaçıları soyan azərbaycanlı tutuldu


Rusiyanın Novosibirsk şəhərində rus pensiyaçıları qarət edən 48 yaşlı azərbaycanlı həbs olunub. ANS PRESS-in məlumatına görə, əvvəllər qarətə görə həbs olunmuş Azərbaycan vətəndaşı Novosibirskdə heç bir sənədi və qeydiyyatı olmadan yaşayıb. O, şəhərin cənub-qərb yaşayış massivində 11-ə yaxın yaşlı adamı qarət edib. Cinayətkar yaşlı adamlara müraciət edərək onların evini ucuz qiymətə təmir etməyi, yaxud elektrik sobalarını yenisi ilə əvəz etməyi təklif edib. Bu ad altında pensiyaçıların evlərinə gedib, sonra isə pul oğurlayıb.
Bəzi pensiyaçılar pulu ona özləri verib, bəzilərininkini isə oğurlayaraq qaçıb. Pensiyaçıların hər birindən 2 min rubldan (40 dollar) 130 min rubla (2500 dollar) qədər pul oğurlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...