Tovuzda qeyri-adi oğurluq- NİSYƏ DƏFTƏRİNİ APARDILAR

Tovuzda qeyri-adi oğurluq-
Bu günlərdə Tovuz rayonunun Əlibəyli kəndində qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Bu barədə Gununsesi.info-ya sözügedən kəndin sakinləri məlumat verib.
Məlumatda qeyd olunur ki, mağaza sahibi səhər işə gedərkən dükanın qapı və pəncərələrinin sındırıldığını görüb. O, dərhal bu barədə rayon polis şöbəsinə bildirib. Lakin polis işçiləri içəriyə daxil olarkən heç bir ərzaq məhsullarına toxunulmadığının şahidi olub.


Sonradan bəlli olub ki, mağazada kənd sakinlərinin borclarının qeyd olunduğu 2 nisyə dəftəri olub və məhz həmin dəftərlər oğurlanaraq aradan qaldırılıb.

Polis əməkdaşları bu barədə cinayət işi açmaqda aciz qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...