Bakıda 50 yaşlı qadın özünü yandırıb

Bakıda 50 yaşlı qadın özünü yandırıb
Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M. Hadi küçəsi 11 ünanında qeydə alınıb. Həmin ünvanda yaşayan 50 yaşlı Nüşabə Cəfərova üzərinə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.

Məlumata görə, N. Cəfərova ruhi xəstə olub.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...