Evindən 1 milyon oğurlanmış alimin köməkçisi danışdı

Evindən 1 milyon oğurlanmış alimin köməkçisi danışdı

AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 912 min manat, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. İddiaya görə, oğurluq etmiş şəxs alimin evində xadimə kimi çalışan Zeynalova Xanım Abduləli qızıdır.

Bu barədə alim Aybəniz Əliyevanın köməkçisi açıqlama verib. O bildirib ki, oğurluq hadisəsi doğru xəbərdir. “Hazırda Aybəniz xanım Azərbaycanda deyil. Ona görə bu hadisə haqqında danışa bilmir. Oğurluğu onun evində xadimə kimi çalışan edib. Xadimə polis tərəfindən saxlanılıb”, - deyə o bildirib.

Qeyd edək ki, alim Aybəniz Əliyeva məşhur fotoqraf Cəlal Kəngərlinin nənəsidir. (A24.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...