İsanın “qanı”nı içən qadın 5 yaşlı oğlunu öldürdü – Bakıda şok cinayət
Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Natalya Qulubəyova ifadə verib.
Şahid bildirib ki, təqsirləndirilən Nazilə Qulubəyova onun gəlini olub. Onun sözlərinə görə, Nazilə təzə ərə gələndə münasibətləri normal olub: “Sonradan bir-birimizi başa düşmürdük. Mən də sonra onlardan ayrı yaşamağa başladım. Onun öz həyatı var idi, öz xarakteri var idi, öz həyatını yaşayırdı. Ailəmizə gələndə heç bir narazılıq yox idi. Böyük ailə idik, dostlarımız var idi. Yaxşı yaşayırdıq”.
Natalya Qulubəyova deyib ki, mərhum nəvəsinə öz övladı kimi baxıb. Keçmiş gəlininin xarakterindən danışan şahid bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi.
Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib: “Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə canımı verərəm”.
Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.
Şahid dindiriləndən sonra məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses sentyabrın 13-də davam edəcək.
İttihama görə, Nazilə Qulubəyova 11 oktyabr 2016-cı ildə saat 18:00 radələrində yaşadığı Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanında yerləşən mənzildə 2011-ci il təvəllüdlü azyaşlı oğlu Fərid Qulubəyovun bədənindən ehtimal etdiyi pislikləri çıxarmaq niyyəti ilə onun əllərini arxadan ağ rəngli uşaq poliveri ilə, ayaqlarını isə köynəklə bağlayaraq tənəffüs yollarını əllə qapadıb. Yaranmış mexaniki asfiksiya nəticəsində köməksiz vəziyyətdə olan azyaşlı hadisə zamanı dünyasını dəyişib.
Dini təriqət üzvü olan Nazilə Qulubəyova guya “pis ruhlar”ı oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə, uşaq boğularaq ölüb.
Hadisədən bir gün sonra qadının “Üzüm sahəsi və İsa peyğəmbər” sektasının üzvü olması müəyyən edilib. Adı çəkilən sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlərmiş.
Qətldən iki gün əvvəl Nazilə Qulubəyovaya bir şüşə çaxıra bənzər maye və çörək veriblər, “bu İsanın qanıdır” deyiblər. Qadın da həmin mayeni içib, sekta üzvləri ilə birgə İsa peyğəmbəri çağırmaqla bağlı mahnı oxuyanlara qoşulub.
Bu anda İsa peyğəmbərin işıqlı simasını gördüyünü sekta üzvlərinə deyib
1 004 dəfə oxundu