“Onu tanıdığım günə daş düşərdi…” - Camaata 1 milyon “atıb”

“Onu tanıdığım günə daş düşərdi…” -

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Gundeminfo.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Zərərçəkmişlərdən biri, "Azərsun” Holdinqin PR meneceri Kamran İsmayılov E.Salmasiyə 100 min manat verdiyini deyib:

"Eldarla məsləhətləşdim, evimi satıb pulu ona verdim. Sonra lazım olduğu üçün 25 mini geri aldım. Fikrimiz bu idi ki, dollar alıb saxlayaq, sonra dollar bahalaşanda satıb pul qazanaq.

Tikinti şirkətlərin birində icraçı direktor olan Elmir Allahverdiyev də dolları satıb əlavə qazanc əldə etmək üçün Eldar Salmasiyə 300 min manat verdiyini deyib: "Eldarı tanıdığım günə daş düşərdi”.

"Akkord” şirkətində tikinti mütəxəssisi işləyən İdris Mollayev uzaq qohumu olan E.Salmasiyə 48 min dollar verib: "O mənim pulumu baha qiymətə dollara dəyişəcəkdi”.

Maşın alverçisi Kamandar Quliyev də təqsirləndirilən şəxsə 23 min 800 dollar verdiyini deyib.
Proses sentyabrın 15-də davam etdiriləcək.

İttihama görə, "Zaminbank" ASC-də xəzinədar işləyən Eldar Salmasi bir neçə şəxsdən ucuz qiymətə dollar satmaq adı ilə 1 milyon manata yaxın pul alaraq qaytarmayıb. E.Salmasi özünü təqsirli bilməyib və pulu borc üçün aldığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...