Bakıda Lənkəranski ilə bağlı mahnı iki gəncin həyatını məhv etdi
Gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirlən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Vüsal İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib. Məhkəmədə məlum olub ki, mərhum barda oğru aləminə aid mahnı sifariş vermək istəyib. Mübahisə də elə buna görə baş verib.
Mərhum Nurlan barda "DJ" işləyən Abdurrahman Almiyaşova yaxınlaşıb və Rövşən Lənkəranski ilə bağlı mahnı sifariş verib. "DJ" ona deyib ki, belə mahnı sifariş etməyə icazə verilmir. Və aralarında mübahisə düşüb.
///publika.az
913 dəfə oxundu