Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü quldurluq ittihamı ilə həbs olunub

Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü

Ukraynada Azərbaycan vətəndaşı quldurluq ittihamı ilə tutulub. "Report" xəbər verir ki, əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1993-cü il təvəllüdlü Abbasov Əli hazırda Kiyev şəhəri Qoloseevskiy rayon polis idarəsində saxlanılır.

O rayon ərazisində digər istintaqa məlum olmayan, sonradan qaçıb gizlənən bir şəxslə yerli biznesmenlərdən birinə hücum edərək təhdidlə onu soymaqda ittiham olunur.

Azərbaycanlı gənc barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib, istintaq aparılır.
Ə. Abbasovun Kiyevdə azərbaycanlı gənclərin yaratdığı diaspor təşkilatının üzvü olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...