Bakıda 23 yaşlı qadın ərini amansızlıqla öldürüb

Bakıda 23 yaşlı qadın ərini amansızlıqla öldürüb

Ötən gecə Bakının Sabunçu rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

GUNDEMİNFO.AZ Lent.az-a iatinadən xəbər verir ki, Sabunçu qəsəbəsi Əbdülkərim Əlizadə küçəsində həyat yoldaşı Vəliyev Nazim Fəxrəddin oğlunu öldürən Vəliyeva Tünzalə Elşad qızının 23 yaşı var.

Bildirilir ki, 1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. Geridə qalan müddətdə Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib.

Dünən gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 23 yaşlı qadın masanın üzərindəki iri meyvəqabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 45 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisə vaxtı Tünzalənən bir qolu sınıq olub və gipsdə imiş. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və qadının qolu sınıb.

Faktla bağlı cinayət işi açılıb, Tünzalə Vəliyeva tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...