“DəmirBank”ın xanım filial müdiri həbs edildi - 3 milyona görə

“DəmirBank”ın xanım filial müdiri həbs edildi - 3 milyona görə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb.

GUNDEMİNFO.AZ yazır ki, "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Adıçəkilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqları var. Zərərçəkmiş tərəf vəsatət verərək istintaq dövründə ev dustaqlığında olan F.Rəşadətlinin həbs edilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Keçmiş filial müdiri məhkəmə zalında həbs edilib. Proses noyabrın 21-də davam etdiriləcək. İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...