Şirvanda kabel oğruları saxlanılıb

Şirvanda kabel oğruları saxlanılıb

Şirvan şəhərində kabel oğruları saxlanılıb.

Bu barədə “Report”un Aran bürosuna DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Mustafa Eyvazov və Əlizaman Kazımov saxlanılıblar.

Otuz metrə yaxın kabeli kəsib oğurladıqlarını etiraf edən saxlanılanlar onu sataraq əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər. Polis əməkdaşları tərəfindən maddi sübüt kimi hər iki şəxsin kabelləri kəsmək üçün istifadə etdikləri mişarlar götürülüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...