"Nardaran hadisələri"nə görə həbs edilən şəxslərə hökm oxunur

"Nardaran hadisələri"nə görə həbs edilən şəxslərə hökm oxunur

Nardaran hadisələrinə görə həbs edilən daha 12 nəfərin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - Müsəlman Birliyi Hərəkatının üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Zülfüqar Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü həbs edilib. Bu, artıq 3-cü qrup "Nardaran hadisələri"nə görə həbs edilən şəxslərin məhkəmə prosesi idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...