Bakıda bankomatdan 40 min manat oğurlanıb

Bakıda bankomatdan 40 min manat oğurlanıb

Bakıda bankomat qarət edilib.

APA-nın məlumatına görə, paytaxtın Xətai rayonu, Axundov küçəsində quraşdırılmış bankomat qaynaq aparatı ilə kəsilib, içərisindən 40 min manat oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...