Musavatın Bakı meriyasına qarşı iddiasına baxılmadı

Musavatın Bakı meriyasına qarşı iddiasına baxılmadı


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia ərizəsinə baxmaqdan imtina edib. Bu barədə “Report”a vəkil Nemət Kərimli məlumat verib. O bildirib ki, məhkəmənin bu addımı absurddur: “Hakim bizə bildirdi ki, bu məsələ ilə bağlı şikayət oluna bilməz”.

N.Kərimli Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət edəcəklərini qeyd edib. Xatırladaq ki, BŞİH Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı yürüşün keçirilməsinə razılıq verməyib. İcra Hakimiyyəti partiyaya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməyi təklif edib. Müsavat rəhbərliyi isə bu təklifdən imtina edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunan ərizədə icra hakimiyyətinin yürüşə icazə verməməsinin qanunvericiliyə zidd olduğu qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...