Daşkəsəndə poçtdan 14 bağlama oğurlandı - məktub və sənədlərlə dolu

Daşkəsəndə poçtdan 14 bağlama oğurlandı -

Daşkəsən Rayon Poçt Şöbəsində oğurluq olub. "Report"un məlumatına görə, səhər saatlarında işə gələn əməkdaşlar poçtun qapısının sındırıldığını görüblər. Məlum olub ki, poçtda olan 14 bağlama və içəridə olan ləvazimatlar oğurlanıb. Bundan başqa, məktub və sənədlər yırtılaraq məhv edilib. Şöbədə olan seyfi isə aça bilməyiblər.

"Azərpoçt" MMC-nin Daşkəsən Poçt Filalından sayta bildirilib ki, orada təhlükəsizlik kamerası və mühafizə yoxdur: "İçəri daxil olanlar pulların olduğu seyfi aça bilmədiklərindən əsasən göndərilməsi planlaşdırılan bağlamaları açaraq içərisindəki ləvazımatları oğurlayıblar. Məktub qutularında və masalarda olan məktubları, həmçinin digər sənədləri də yırtıb ərazidən uzaqlaşıblar".

Qeyd edək ki, baş verən oğurluq hadisəsi ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...