Pambıq yığan tibb işçilərini tarladan gətirən təcili yardım maşını aşdı

Pambıq yığan tibb işçilərini tarladan gətirən təcili yardım maşını aşdı

Bu gün axşam saatalrında Kürdəmir rayonunda "pambıqçıları” sahədən gətirən, Kürdəmir Rayon Mərkəzi Xəstəxan
asına məxsus təcili yardım avtomaşını Karrar və Ərşəli kəndləri arasındakı yolda aşıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində avtomaşında olan 10 nəfər qadın müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların hamısının pambıqdan qayıdan texniki tibb işçiləri olduğu deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...