Bakıda psixoloqun evindən pul oğurlandı

Bakıda psixoloqun evindən pul oğurlandı


Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. "Report" xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...