Şoumen Kamran Həsənli “reket” jurnalistlərin cinayət işində- TƏFƏRRÜAT
“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işində şoumen Kamran Həsənli zərərçəkən kimi tanınıb.
Bu barədə Gununsesi.info-ya verilən məlumatda deyilir ki, adıçəkilən “reket” jurnalistlər onu şantaj edib, hədə-qorxu ilə pul tələb ediblər. Bundan sonra Kamran Həsənli hüquq-mühafizə orqanlarına şikayət edib.
Əldə etdiyimiz informasiyada qeyd olunur ki, Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin həbsindən sonra istintaq Kamran Həsənlini zərərçəkən kimi tanıyıb.
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıb.
Qeyd edək ki, adıçəkilən “reket” jurnalistlərin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
965 dəfə oxundu