Bakıda 500-ə yaxın avtoxuliqan həbs olunub

Bakıda 500-ə yaxın avtoxuliqan həbs olunub


Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib. Ötən illə müqayisədə 2015-ci ildə avtoxuliqanlıq edənlərin sayında azalma olduğunu qeyd edən V.Əsədov bildirib ki, buna yol polisləri tərəfindən keçirilən təxirəsalınmaz reydlərin nəticəsində nail olunub: "Əməkdaşlarımız avtoxuliqanlara qarşı qanunvericilikdə nəzərdə tutulan və seçilmiş təsirli tədbirlər həyata keçirir. Təbii ki, məhz yol polisi əməkdaşlarının həyata keçirdiyi tədbirlər sayəsində Bakı şəhərində avtoxuliqanlıq edənlərin sayında xeyli azalma müşahidə edirik. Qeyd edim ki, bu reydlər tərəfimizdən daim aparılır və bunu dayandırmaq fikrimiz yoxdur".

Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...