Azərbaycanda seks kaseti şantajına görə 15 il həbs

Azərbaycanda seks kaseti şantajına görə 15 il həbs


Məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Emin Allahverənov və Əlizamin Abıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E.Allahverənov 8 il, Ə.Abıyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışını – Nigar (ad şərtidir) adlı qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. Nigar (ad şərtidir) adına yaradılan “odnoklassnik” internet saytında müştərilərlə əlaqə saxlanılıb.


Yüngül həyat tərzi keçirən Nigar (ad şərtidir) toruna düşmüş ilk müştəri internetdə tanış olduğu Ramil İsmayılov olub. E.Allahverənov onların görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. Bundan bir müddət sonra isə E.Allahverənov qrupun digər üzvü Əlizamin Abıyevlə birlikdə Ramil İsmayılova hədə-qorxu gələrək ondan pul tələb ediblər. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər.

Hər iki şəxsin hədələrindən bezən Ramil İsmayılov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. Adıçəkilən şəxslər Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyərək ondan 600 manat alarkən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 3 iyul, 2014-cü ildə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...