Bakı sakininin meyiti Lənkəranda dəniz sahilində tapıldı

Bakı sakininin meyiti Lənkəranda dəniz sahilində tapıldı


Lənkəranın Vel kəndi ərazisində dənizin sahilində naməlum kişi meyiti tapılıb. Meyit səhər saatlarında yerli sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə dərhal yerli hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırmalardan sonra meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü, 10 ilə yaxın müddətdə həmin kənddə yaşayan Asəf Zaman oğlu Göyüşov olduğu müəyyənləşdirilib.

Meyit daxili və xarici müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır (APA).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...