Ziya Məmmədovun qardaşı oğlununun işində "Zaminbank"ın vəzifəli şəxsi dindirildi

Ziya Məmmədovun qardaşı oğlununun işində "Zaminbank"ın vəzifəli şəxsi dindirildi

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Məhkəmə prosesində şahid, "ZaminBank"ın Müşahidə Şurasının sədri Nadir İsmayılov ifadə verib.

O deyib ki, Rövşənlə eyni binada yaşayıb: "Onunla yaxşı münasibətimiz var idi, Elnuru yanıma gətirib birgə iş görəcəklərini dedi. Mən ona dedim ki, sənin atan Elton müəllimi tanıyıram. Əməkdaşlara tapşırdım ki, onlara kömək etsinlər. Sonra daha onları görmədim, özləri həll etdilər. İki il sonra məni polisə çağırdılar, Elton Məmmədova zəng etdim. Məsələni ona dedim, Elton müəllim dedi ki, sən özün bu məsələni həll elə. Sonra bankda Rövşənlə görüşdüm, ona dedim sənə ayıbdı, biz dost olmuşuq.

Rövşənin yaşadığı binanı biz tikmişdik, o da dedi pulun əvəzində 4 otaqlı evimi verirəm. Bunu da Elton müəllimə dedim. Rövşən evinin baha olduğunu deyib əlavə pul istədi, iş uzandı. "Qorotdel"in müstəntiqi hər gün mənə zəng edirdi, ona görə artıq yoruldum, işdən uzaqlaşdım".

N.İsmayılov söyləyib ki, işlədiyi bankın Türkiyədə filialı olmayıb, pul da bank vasitəsilə köçürülməyib.

Elnur Məmmədov isə deyib ki, Nadir İsmayılovu Rövşən vasitəsi ilə tanıyıblar: "Mən də Nadir müəllimlə görüşdüm, xanım əməkdaşı çağırıb bizə köməklik etməsini tapşırdı".

Məhkəmə ötən prosesdə "Zaminbank"ın "Mərkəz" filialının müdiri olmuş Nadir İsmayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarmışdı. Amma N İsrafilov məhkəməyə gəlməyib.

Qeyd edək ki, məlumata görə sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.

Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyin. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.

Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...