Hakim Qurana and içən polkovnikə: "Bura şəriət məhkəməsi deyil"
Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Caspian Fish"in əməkdaşı Gülməmməd Muradov dindirilib.
O bildirib ki, Fərhad Məmmədxanovu su polisində rəis olan vaxtı tanıyıb: "O vaxt müsadirə olan balıqları bizə təhvil verirdilər. O vaxtdan Fərhad müəllimlə aramızda münasibət yarandı. Bir gün Fərhad mənə dedi ki, bir dostu var pul təklif edir. İş qurmaq üçün. Biz də razılaşdıq. Biz də rayonda böyük ferma tikdik. İşləri qurduq. Sonra bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır 50 min dollar düzəltdim verdim. Bir müddət keçdi yenə Fərhad hacıya pul lazım olduğunu dedi. Bu dəfə də 100 min dollar tapıb verdim. Qohum əqrəbadan yığdım pulları. 2015-də 80 min dollar götürmüşəm".
Fərhad Məmmədxanova çıxış edib. O bildirib ki, dövlətə hər zaman sədaqətli olub: "38 il canımı bu yolda vermişəm. Kişi kimi işləmişəm. Dövlətə xidmət etmişəm. İndi mən danışsam nə olacaq? Kimdir məni qulaq asan? Hər şey hazırdır. Həbsdə olan adamam. Eldarla dost olmuşam. Ailəli olmuşuq. Hacı adamdır, mən yenə də deyirəm, borcum var. Amma o qədər deyil. Balam ağır xəstədir. Buraxın gedim xəstə balamın yanına. Quran gətirin əl basım ki, borcumu verəcəm. Burda gəlib ifadə verən Hacı yaxşı adamadır".
Hakim bildirib ki, bura şəriət məhkəməsi deyil: "Quran bizim üçün müqəddəsdir. Lakin biz işə onun əsasında yox, qanunvericiliyə əsasən baxırıq".
Daha sonra zərərçəkmiş Hacı Eldar Hənəfiyev isə bildirib ki, əvvəlcədən borcu olduğunu desəydi mələsə bura çatmazdı: "Onun uşağı xəstələnən birinci mən gedirəm. Ailəsi dolana bilmirsə mən kömək edərəm. Mənim heç kimi tutdurmaq niyyətim yoxdur. Sadəcə mənə qarşı bunlar qarayaxma etdilər. Biri məni faiz verən çıxartdı. Versəm heç kimdən qorxmaram. Sözügedən pul böyük puldur, lakin mənim üçün böyük deyil. Bunun 5-10 il içəridə yatması mənə heç nə vermir. Məhkəmədən vaxt istəyirəm. Vəkillərlə məsləhətləşim".
Prosesdə fasilə elan edilib.
Fasilədən sonra yenində çıxış edən Hacı Eldar Hənifəyev bir həftə vaxt istəyib: "Müəyyən təkliflər edirlər. Bunu müzakirə edək".
Proses aprelin 25-də davam edəcək.
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov Hacı Eldar Hənifəyevin 180 min manat pulunu mənimsəməkdə təqsirli bilinir. Həmin zərərdən 30 min manat qaytarılıb.
Fərhad Əmirxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham verilib.
834 dəfə oxundu