DİN hüquq müdafiəçisinin saxlanılmasına aydınlıq gətirdi

DİN hüquq müdafiəçisinin saxlanılmasına aydınlıq gətirdi

“Taleh Xasməmmədov polisə müqavimət göstərib, xuliqanlıq edib”

Hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanılıb. Bu barədə APA-ya T.Xasməmmədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, hüquq müdafiəçisi bu gün Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Onun saxlanılmasının səbəbləri hələlik məlum deyil.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətdən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirdilər ki, aprelin 19-da radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan “BMW” markalı avtomobili saxlayıblar: “Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompüterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması məlum olub və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər. Bundan sonra avtomobilin sahibi, əvvəllər də məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəisinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T.Xasməmmədov daha da aqressivləşərək, xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb. Hazırda faktla bağlı Göyçay RPŞ-də müvafiq araşdırmalar aparılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...