Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilib. Onun evindən və “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından küllü miqdarda narkotik maddə aşkarlanaraq götürülüb.

Həmin vaxt ölkənin aparıcı media qurumlarında verilən məlumatlara görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana çıxıb.

Bildirilirdi ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əməllə görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilmiş, rayonda yenidən narkotika satışı ilə məşğul olub. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Salyan rayonu Qaraçala qəsəbə sakini Elşən Məmmədovun cinayət işi baxılmaq üçün Sirvan Apelliyasiya məhkəməsində (iş nömrəsi:1(106)101/2018) hakim Ələsgər Novruzovun icraatında baxılıb.

Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan rayonu polis idarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik edərək kənd sakinlərinə, hal şahidlərinə təziq göstərmiş, onlara "siz hal şahidi olmaq üçün nə qədər pul almısınız?" deyərək, hal şahidlərinə psixoloji təzyiq göstərib.

Musavat.com-a daxil olan məlumata görə, hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə də şikayət məktubu yazıb. Aldığımız məlumata görə, Salyan rayonunda narkotika satışı ilə məşğul olan və 5 kq narkotika ilə həbs olunmuş Elşən Məmmədov artıq azadlıqdadır. Onun ölkə mediasının da diqqətində olan və böyük həcmdə narkotika ilə həbs olunmasına baxmayaraq, yenidən ədalət mühakiməsindən yayınması isə həm təəssüf, həm də şübhə doğurur.

Mövzunu davam etdirəcəyik. Aidiyyatı qurumlar yəqin ki bununla bağlı açıqlamalar verəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...