Banklardan 14 nəfərin adına xeyli pul götürən dələduz yaxalandı

Banklardan 14 nəfərin adına xeyli pul götürən dələduz yaxalandı


Bir qrup vətəndaşın etimadını qazanıb onların adlarına banklardan pul götürən Astara sakini həbs olunub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, 2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına “Kapital bank”dan və “Respublika bank”dan ümumilikdə 29200 manat və 26600 ABŞ dolları götürüb.

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...