Ötən gecə enerji qəzası zamanı 18 nəfər liftdə qalıb

Ötən gecə enerji qəzası zamanı 18 nəfər liftdə qalıb

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gecə baş vermiş enerji qəzası müddətində liftə qalanların sayını açıqlayıb.

FHN-dən Modern.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərində gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar.
Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...