Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu yol qəzasında öldü

Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu yol qəzasında öldü

Bakıda baş verən yol qəzasında vəzifəli şəxsin qohumu ölüb.
“Report”un xəbərinə görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mercedes” markalı avtomobili idarə edərkən onu təkərin deşilməsi nəticəsində aşırıb. Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımovhadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qəzada ölən Nicat Kazımov Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin qohumdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...