Azərbaycanın "İnterpol" xəttilə axtarışa verdiyi iki nəfər Pakistanda tutulub

Azərbaycanın "İnterpol" xəttilə axtarışa verdiyi iki nəfər Pakistanda tutulub


Sabah Pakistandan 10 xarici vətəndaş deportasiya ediləcək. "Report" Pakistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Çaundri Nisar bildirib. Nazirin sözlərinə görə, ölkədən çıxarılacaq şəxslər arasında Azərbaycan və Özbəkistan vətəndaşları da var.

Onlardan ikisi müxtəlif işlərlə bağlı Azərbaycan hökuməti tərəfindən "İnterpol" xəttilə axtarışdadır. Qeyd edək ki, bir müddət əvvəl Pakistan DİN Qana, Nigeriya və Qırğız Respublikası vətəndaşlarını ölkədən deportasiya edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...