Azərbaycanda həbs edilən FETÖ üzvü məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda həbs edilən FETÖ üzvü məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İsa Özdəmirin öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, nazirliyin təqdimatı təmin edilməyib. İ.Özdəmir məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İsa Özmedir Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir. O, 1993-cü ildən Azərbaycanda yaşayıb. Lakin Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfini onun ölkəsinə təhvil verilməsini tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...