Mingəçevirdə avtomobil 4 piyadanı vurub, 40 yaşlı qadın və 3 yaşlı körpə ölüb

Mingəçevirdə avtomobil 4 piyadanı vurub,

Mingəçevir şəhərində bir ailənin 4 üzvünü maşın vurub, 2 nəfər ölüb. "Report" xəbər verir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirldiyi xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Yaralı piyadalardan biri xəstəxanada keçinib. "Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi. Belə ki, iyulun 15-i axşam saatlarında yolu keçmək istəyən bir ailənin dörd üzvünü maşın vuraraq ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...