Bakıda “saxla” əmrinə tabe olmayan şəxslər polisin xidməti maşınını vurublar

Bakıda “saxla” əmrinə tabe olmayan şəxslər polisin xidməti maşınını vurublar


Bakıda “saxla” əmrinə tabe olmayan şəxslər polisin xidmətini maşınını vurublar.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində “Fiat Dobla” markalı avtopatrulda xidmət aparan Post Patrul Xidməti Bölüyünün əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan “Pegout” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi veriblər. Lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.

Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...