Erməni əsgərləri bir birini qırdı - iki erməni hərbiçi ölüb, bir neçəsi yaralanıb

Erməni əsgərləri bir birini qırdı -


“Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır”. Bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Müdafiə Nazirliyi mətbuat xidmətindən deyiblər ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar, hər tərəfdə gözlərinə “diversantlar” görünür: “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”.

Xatırladaq ki, bu gün erməni mətbuatı Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı ilə təxribat törətməyə cəhd etdiyi və itki verdiyi barədə məlumat yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...