Bakı avtobuslarında yeni cibgirlik üsulu çıxıb
Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda dilənçiliklə məşğul olan orta yaşlı kişi avtobusda sərnişinlərdən birinin cibindən pulunu oğurlayıb. Baku.ws-in məlumatına görə, 202 saylı avtobusa minən kişi dilənməyə başlayıb.
Özünü şikəstliyə vuran həmin insan avtobusa "Nərimanov” metrosu yanında minib və 5 saylı xəstəxananın qarşısında düşüb. O avtobusdan endikdən sonra sərnişin olan gənc oğlan pulunun itdiyini anlayıb və avtobusu saxlatdıraraq həmin insanın dalınca qaçıb. Lakin "dilənçi" artıq yoxa çıxmışdı.
Avtobus "Gənclik” metrosunun qarşısına çatanda həmin dilənçinin orada peyda olduğunu gördük. Buradan belə nəticəyə gəlmək olar ki, həmin "dilənçi” düşdükdən sonra onu izləyən avtomobilə oturur və aradan çıxır. O, yerinə dəyişir və qarşıdakı dayanacağa gedib oradakı avtobusa minir və "əməliyyat"a başlayır.
Əslində bu tipli hadisələr arada-sırada paytaxt avtobuslarında olur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov BAKU.WS-a açıqlamasında vətəndaşalara ehtiyatlı olmağı məsləhət bilir. Qurum rəsmisinin sözlərinə görə, son zamanlar belə hadisələrin sayı azalıb. Lakin yenə də bu tipli cinayətlər olur və polis həmişə bu cür hallara qarşı mübarizə aparır.
"Dünən baş verən hadisə barədə mütləq araşdırma aparılacaq. Ümumiyyətlə son vaxtlar belə hadisələr azalıb. Lakin vətəndaş hansısa oğurluq, cinayət və s. kimi hallarla qarşılaşarsa dərhal polis çağırmalıdır. Avtobusda pulu itərsə dərhal sürücüyə xəbər verməli, avtobusun qapılarını bağlatdırmalı və hadisə yerinə polis çağırmalıdır. Bu sahədə mütləq polislə vətəndaş əlbir olub mübarizə aparmalıdır”, - deyə Qalib Rəhimov
1 116 dəfə oxundu