"Bandotdel" Bakıda qanunsuz qumarxana aşkarladı

"Bandotdel" Bakıda qanunsuz qumarxana aşkarladı


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər. APA TV-nin xəbərinə görə, idarəyə daxil olan məlumatda Xətai rayonu, Zığ yolu-15 ünvanında fəaliyyət göstərən kafedə qanunsuz “poker” kart qumar oyunlarının təşkil edilməsi bildirilib. Keçirilən əməliyyat tədbiri nəticəsində obyektdə icarə əsasında fəaliyyət göstərən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı adları qeyd olunan şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

Baxış zamanı obyektdən “poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb. Qeyd olunan faktla bağlı Baş İdarədə başlanılan araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...