Lerikdə 13 yaşlı uşaq öldürüldü- ŞOK
Dosye.org-a Lerk rayonu Züviç kənd sakini Əliyev Xudaqulu Nüsrət oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın xahişini nəzərə alıb daxil olan məktubu olduğu kimi ixtiyarınıza veririk:
2014-cü il 04 yanvar tarixdə, hər gün olduğu kimi nəvəm 26.02.2001-ci il təvəllüdlü(13 yaşlı) Lələli Cəmil Azad oğlu təsərrüfatımızda olan qoyunları, həmən vaxt məktəbdə tətil olduğu üçün səhər saatlarında kəndin örüş sahəsinə otarmağa apardı. Mən və o biri nəvəm isə odun gətirməkdən ötrü meşəyə getdik.
Həmən gün saat 13.00-radələrində evə qayıdıb gördüm ki, nəvəm Cəmil günorta yeməyini yeyir.Mən və o biri nəvəm Fərhad ilə oturub birlikdə çörək yedik və mən Cəmilə dedim ki,sən qayıt örüşə qoyunların yanına, birazdan Fərhad gəlib səni dəyişəcək. Biz də Çörək yedik və saat 14.00 da nəvəm Fərhad qardaşı Cəmili dəyişmək üçün örüşə getdi.
Mən saat 16.00 radələrində bacım oğlu Əliməmməd ilə həyətimizdə çay içdiyimiz zaman, Əliməmmədin mobil telefonuna zəng gəldi və onun halının dəyişdiyini görüb soruşanta Əliməmməd durub bayıra qaçdı. Mən nə olub,hara qaçırsan soruşdum?-Əliməmməd qaçaraq göründüyü yerə çatanda gördüm ki,kənd sakinləri Naibəli evə tərəf gəlir və onun cavab verdi ki, oğlum Səfayıl deyir ki,Cəmil əlləri bağlı halda öldürüblər. Qaçaraq məndə Əliməmmədə dedim ki, tez zəng et de ki,meyitə yaxın getməsinlər və qoymasınlar dəyməyə.
Meyidin ardınca iki oğlanları Şahmar və Mahir də evlərinə tərəf qaçırlar. Meyitin yanına çatanda gördük ki,uşağın əllərinin hər ikisi qabaqdan iplə düyünlənmiş halda bağlanıb, idman papağı və gödəkçənin papağı da başında qalaraq boynuna ip bağlanmış halda böyür üstə orada olanlardan soruşdum,lakin heç bir ekspert,həkim baxışı olmadan orqan işçiləri uzadılmış və ölmüşdü.
Birdən boynundakı ipin kəsildiyini görüb soruşdum ki,bu ipi kim kəsdi?-mənə orada olanlar dedilər ki,ilk dəfə meyitin yanına Allahverdinin oğlu Ağa və Əliməmmədin oğlu Səfayıl gəlmişlər və Ağa ipi kəsmişdir. Elə oradan polisə məlumat verildi və Bir müddətdən sonra prokurorluq və polis əməkdaşları hadisə yerinə gəldilər. Meyiti oradan həyətimizə gətirəndə biz hiss etdik ki,uşağın boynunu sındırıblar, onun boynu bir yerdə qalmadığından cavab verdilər ki,bu intihardı və uşaq özünü asıb.
Meyiti götürüb həyətimizə apardıq və gətirdilər. Mən və həyat yoldaşımı rayon prokurorluğu meyitlə birlikdə rayona gəlməyə qoymadığı üçün kənddə qaldıq. Bizi nəvəmizin meyitinin yarılmasında iştirak etməyə qoymadıqlarından bizdə daha da şübhə yarandı ki,bu işdə nə isə var. Beləliklə meyiti kəndə gətirərək dəfn etdik. Mən şəxsən uşağı dəfn edəndən sonra Lerik Prokuroru Bəhruz İbranimovun yanında olub,bildiklərimi və şübhələndiyim şəxslərin adlarını dəqiqliklə ona bildiridim.
Prokuror özü söz verdi ki, üşağı öldürəni tapacaq və kimliyindən asılı olmayaraq,bu cinayətdə əli olanlar da cəzasız qalmayacağına and içdi. Prokuror məni tam əmin etdi ki, heç bir şikayət etmə,bu iş açılacaq və mən də ona inanıb bir müddət gözləyəndən sonra mənə məlum oldu ki,prokuror məni aldadıb vaxt qazanırmış və bu vaxt ərzində cinayət işinə xitam verərək uşağımın intihar etməsi barədə qərar qəbul etmişdir.
Prokurorun qərarını bilərəkdən bizə elə vaxt göndərmişdilər ki, şikayət müddəti gecikmiş olsun.Lakin mənim şikayətimdən sonra, Lerik rayon məhkəməsinin və Lerik prokurorun qərarını Apeliyasiya məhkəməsi ləğv etdi və rayon prokurorluğuna göndərdi. Bəhruz İbranimov yenədə cinayətin açılmasına heç bir təşəbbüs göstərmədən təkrarən işə xitam verdi.
Mən əsəbi halda prokurorun qəbuluna girib mənə söz verdiyini və niyə işə düz qiymət verilməməsini, meyiti ilk dəfə görənlərin, orada olanların qərəzli, biri-birinə zidd verilən ifadələrin, şahidlərin dindirilməsini sual etdim və prokuror bir başa mənə cavab verdi ki,nə qədər mən bu rayondayam, bu iş açılmayacaq və nəqədər şikayət etsəniz də bir nəticəsi olmayacaq. Prokurorun bu cavabına mən sərt şəkildə söz qaytarsam da ona ağır söz desəm də,hətta onu otağında təhqir etsəm də bircə söz dedi ki, get nə gəlir əlindən et.
Mən kor peşiman yenədə kəndə qayıtdım və yenə də müxtəlif orqanlara,təşkilatlara,Mehriban xanım Əliyevaya,respublika baş prokurorluğuna və Prezidentimizə ərizələrimlə şikayət etdim, lakin 3-dəfə Lerik prokurorunun qərarı ləğv edilsə də, işi Lerik prikurorundan başqa rayona alıb verə bilmirlər və hər dəfə də Lerik prokuroru B.İbrahimovdan şikayət etsəm də işi ona qaytarırlar və nəticəsi də olmur.
Əyər mən bu prokurordan şikayət verirəmsə bu necə olur ki, yenə işi Lerikə göndərirlər ki, prokuror özü- özünə töhmət versin və ya özü desin ki,bu işi mən qoymuram aşılmağa. Bu nə qədər ədalətsiz və qanunsuz qərarlardı başa düşmürəm.Mən bir savadsız insan olsamda bu aşağıda yazdığım suallara cavab tapmaq, bunların niyə araşdırılmamasını bir baba kimi haqqımdır və mən öz haqqımın tapdalanması və cinayətin Bəhruz İbrahimov tərəfindən niyə gizlədildiyini bilmək istəyirəm.
1 201 dəfə oxundu