"Lotu Quli"nin taclandırdığı “Pioner” həbs edildi

"Lotu Quli"nin taclandırdığı “Pioner” həbs edildi


Tanınmış kriminal avtoritetlərdən biri həbs edilib. Lent.az xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nadir Səlifovun yaxın adamı olan Maksim Novikov saxlanılıb. “Pioner” ləqəbi ilə tanınan Maksim Novikov Penza məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.

36 yaşlı “qanuni oğru” külli miqdarda narkotik vasitənin qanunsuz saxlanmasında ittiham edilib. O, 3,5 ilini həbsdə keçiriəcək.

Məlumat üçün bildirək ki, "Lotu Quli"nin klanına daxil olan "Pioner" 2014-cü ilin sentyabrında İstanbulda “taclandırılıb”. Onun namizədliyini "Lotu Quli"nin qardaşı, hazırda Türkiyədə yaşadığı bildirilən “qanuni oğru” Namik Səlifov da dəstəkləyib. "Lotu Quli" isə həbsxanadan “Skype” vasitəsilə “sxodkaya” qatılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...