Azərbaycanlı biznesmen güllələndi
Volqoqrad polisi sentyabrın 26-da axşam saatlarında Şekinski rayonundakı 32 saylı binanın qarşısında “Leksus” avtomovilinə atəş açaraq onun sürücüsünü öldürən killeri axtarır.
Modern.az Rusiya mediasına istinadən bildirir ki, ölən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovdur. O, çoxsaylı güllə yaraları ilə xəstəxanaya gətirilib, ancaq həkimlər həyatını xilas edə bilməyiblər. Məlum olub ki, bu Əsədovun həyatına edilən ilk qəsd deyil. Keçən il onu güllələyiblər, ancaq vaxtında tibbi yardım göstərildiyindən həyatını itirməyib. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bu dəfə Əsədovun yanında onun mühafizəçisi də olub. O, yaralansa da, sağ qalıb, hazırda xəstəxanadadır.
İstintaqçılar baş verən hadisə ilə bağlı ilkin mənzərəni təsəvvür edə biliblər. Məlum olub ki, qara paltarlı maskalı killer Əsədovun avtomobilini nəzarətdə saxlayıb. “Leksus” evə yaxınlaşanda cinayətkar Kalaşnikov avtomatından fasiləsiz atəş açıb. Sonradan killeri onu müşayiət edən şəxslə hadisə yerindən uzaqlaşıb. Cinayətkarların ağ rəngli “Jiquli” ilə hadisə yerindən uzaqlaşdırları bildirilir.
1 184 dəfə oxundu