Nazirlik AMAY-ı məhkəməyə verdi

Nazirlik AMAY-ı məhkəməyə verdi


Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti AMAY Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəmə verib. Report-un xəbərinə görə, Vergilər Departamenti vergi borcunun ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev hazırda həbsdədir. O bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il müddətinə azadlıqdan məhrum edilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...